Sahibkarlıq Azadlığı

firma və şirkətlərin iqtisadi resurslardan öz istəyilə əmtəə istehsalı və onları seçdikləri bazarlarda satmaq üçün istifadə etmək hüququ.
Sahibkarlıq
Sahibkarlıq Etikası
OBASTAN VİKİ
Sahibkarlıq
Sahibkar termini ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir. Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, yaxud yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini qiymətləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır. İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə "biznes" "sahibkarlıq" anlayışları sinonim kimi işlədilir. Bu anlayışlar bir-birinə çox yaxın olsalar da kəsb etdiyi mənalara görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Biznes daha geniş məfhumdur. Əslində sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsidir. Biznes bütöv bir sistemdir, onun tərkibinə sahibkarlıq, istehlak, əmək və dövlət biznes növləri daxildir. Sadalanan biznes növləri öz aralarında bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər, lakin öz maraqlarını reallaşdıraraq öz rollarını dəqiq yerinə yetirirlər. Biznesin mühüm əlamətləri aşağıdakılardan ibarətdir: — iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi, biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat; — öz maraqlarının reallaşdırılmasına cəhd, öz maraqlarını biznes üzrə tərəfdaşına təkid edilməsi; — şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü; — qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti.
Qazaxıstanda sahibkarlıq
Qazaxıstandakı kiçik və orta sahibkarlıqlar (KOS) 2017-ci il üçün 1.45.994 müəssisə ilə təmsil olunur. 2010-cu ildən 2017-ci ilə qədər aktiv KOS-lərin sayı 661.598-dən 1.145.994-ə yüksəldi və bu artım orta hüquqi şəxslər istisna olmaqla bütün sahibkarlıq növlərində müşahidə edildi. 2012-ci ilədək Qazaxıstanda KOS-larda 1,8 milyon nəfər işləyir ki, bu da ümumi iqtisadi cəhətdən əhalinin 23% -dir. Eyni zamanda, Qazaxıstanın böyük şəhərlərində KOS-lərdə işləyənlərin sayı aktiv əhalinin 50% -ə çatır. Qazaxıstan sahibkarlığının inkişafı çərçivəsində 1997-ci ildə məqsədi "Sahibkarlığa maliyyə və məsləhət yardımı göstərmək" olan xüsusi bir dövlət fondu yaradılmışdır. Həmçinin, sahibkarlığa regional səviyyədə sahibkarlıq şöbələri tərəfindən xidmətlər göstərilir. 2011-ci ildə kiçik müəssisəyə xidmət dəstəyi verilən xüsusi bir "İş Yol Xəritəsi-2020" proqramı yaradıldı. Bu proqramın əsas operatoru "Damu" dövlət fondudur.Qazaxıstanda sahibkarlığı dəstəkləyən bir sıra QHT və ixtisaslaşmış dərnəklər mövcuddur. Xüsusilə, öz sıralarında Qazaxıstanın təşəbbüskar ittifaqlarını birləşdirən Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatasını qeyd etmək olar. Qazaxıstanda sahibkarlığı dəstəkləyən ən qədim qeyri-hökumət qurumlarından biri 1992-ci ildə yaradılan Qazaxıstan Sahibkarlar Forumudur.
Birləşmək azadlığı
Birləşmək azadlığı — insanın birləşmələrə qovuşmaq və ya tərk etmək azadlığı və birləşmələrin öz üzvlərinin marağlarına əsasən birgə hərəkət azadlığı və birləşmələrin müəyyən kriteriyalara əsasən üzvləri qəbul etmək ya etməmək azadlığı. Birləşmə azadlığı insanların ən əsas hüquqlardan biridir. Hər bir fərdin təşkilatlanmaqda, formal olaraq və ya qeyri-rəsmi olaraq qruplar qurmaqda və sərbəst iştirak etməkdə sərbəst olmasını təmin edir. Ümumdünya insan hüquqları bəyannaməsinin 20-ci maddədə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddədə və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddədə əks olunur.
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Məlumat azadlığı
Məlumat azadlığı və ya İnformasiya azadlığı — fərdin məlumatı dərc etmək və istehlak etmək azadlığı. Məlumat əldə etmək fərdin məlumatı səmərəli şəkildə axtarmaq, qəbul etmək və ötürmək qabiliyyətidir. Bura bəzən "elmi, yerli və ənənəvi biliklər; məlumat azadlığı, açıq internet və açıq standartlar daxil olmaqla, açıq bilik resurslarının yaradılması, məlumatların açıq əldə edilməsi və əlçatanlığı; rəqəmsal irsin qorunması; mədəni və dil müxtəlifliyinə hörmət, məsələn, əlçatan dillərdə yerli məzmuna çıxışı təşviq etmək, hamı üçün ömür boyu və elektron keyfiyyətli təhsil; əlillər tərəfindən bacarıq, təhsil, cins, yaş, irq, etnik mənsubiyyət və əlçatanlığa əsaslanan bərabərsizliklərin aradan qaldırılması da daxil olmaqla, yeni media və informasiya savadlılığının və bacarıqlarının yayılması və onlayn sosial inklüzivlik; mobil rabitə, internet və genişzolaqlı infrastruktur da daxil olmaqla əlaqə və əlverişli İKT-nin inkişafı" aiddir. İnformasiyanın açıq nəşri və formal informasiya azadlığı qanunları da daxil olmaqla, hökumət məlumatlarına ictimai çıxış geniş şəkildə hökumətdə demokratiyanın və dürüstlüyün mühüm əsas komponenti hesab olunur. Maykl Baklend məlumat əldə etmək üçün aradan qaldırılmalı olan altı növ maneəni müəyyən edib: mənbənin identifikasiyası, mənbənin mövcudluğu, istifadəçinin qiyməti, provayderin dəyəri, koqnitiv giriş və məqbulluq. "İnformasiya əldə etmək", "məlumat əldə etmək hüququ", "bilmək hüququ" və "məlumat azadlığı" bəzən sinonim kimi istifadə edilsə də, müxtəlif terminologiyalar məsələnin xüsusi (əlaqəli olsa da) ölçülərini vurğulayır. Məlumat azadlığı şifahi, yazılı, çap, elektron və ya bədii formalar vasitəsilə istənilən mühitə tətbiq edilə bilən ifadə azadlığı ilə bağlıdır. Bu o deməkdir ki, söz azadlığının hüquq kimi müdafiəsi təkcə məzmunu deyil, həm də ifadə vasitələrini əhatə edir. Məlumat azadlığı internet və informasiya texnologiyalarının məzmununda bəzən məxfilik hüququ ilə ziddiyyət təşkil edən ayrıca anlayışdır. İfadə azadlığı hüququ kimi, şəxsi toxunulmazlıq hüququ da qəbul edilən insan hüququdur və məlumat azadlığı bu hüququn genişləndirilməsi kimi çıxış edir.
Mətbuat azadlığı
Mətbuat azadlığı — Mətbuat azadlığı və ya KİV azadlığı, müxtəlif media, o cümlədən çap və elektron media, xüsusən nəşr olunan materiallar vasitəsilə ünsiyyət və ifadə azadlığıdır.Mətbuat azadlığı ölkənin mətbuatın azadlığına müdaxilə etməməsi prinsipini dəstəkləyir və onun qorunması konstitusiya və ya digər qanuni yollarla qorunmasının tərəfdarıdır. Dövlət məlumatlarına gəlincə(məs.müharibə şəraitində olan ölkələrdə hərbi məlumatlar) bu məlumatlar xüsusi dövlət orqanları ilə razılaşdırılmış şəkildə həyata keçirilir.Dövlət materialları məlumatın milli maraqların qorunması ilə əlaqədar olaraq və ya düşmən ölkə tərəfindən hər hansı bir dövlət və ya hərbi sirrin qorunması naminə gizli tutulmalıdır. Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: "Hər kəsin fikir və ifadə azadlığı hüququ var; bu hüquq, müdaxilə olmadan fikir yürütmək azadlığına,məlumat və fikirləri istənilən media vasitəsi ilə axtarmaq, almaq və yaymaq azadlığına təminat verir.” Bu fəlsəfə ümumiyyətlə elmi tədqiqat, elmi azadlıq, nəşr və mətbuat azadlığının müxtəlif dərəcələrini təmin edən qanunvericiliklə müşayiət olunur. Bu qanunların bir ölkənin hüquq sisteminə daxil olma dərinliyi onun konstitusiyasına qədər gedə bilər. Söz azadlığı anlayışı bir çox hallarda mətbuat azadlığı ilə eyni qanunlarla əhatə olunur.İsveç dünyada mətbuat azadlığını 1766-cı il Mətbuat Azadlığı Qanunu ilə öz konstitusiyasına qəbul edən ilk ölkə oldu Qanuni təriflərdən başqa bir sıra qeyri-hökumət təşkilatları dünyada mətbuat azadlığının səviyyəsini qiymətləndirmək üçün digər meyarlardan istifadə edirlər. Bəziləri subyektiv siyahılar yaradır, digərləri kəmiyyət məlumatlarına əsaslanır: Sərhədsiz reportyorlar(Reporters without Borders) - öldürülən,həbs edilən və ya təcavüzə məruz qalan jurnalistlərin sayını və dövlət inhisarlı televiziya və radioların mövcudluğunu, həmçinin mediada senzuranın və özünütənzərənin qeydə alınması, medianın ümumi müstəqilliyini nəzərə alır.Mütəmadi olaraq hər il oxucularına illik yekun hesabatlar təqdim edirlər Jurnalistləri Müdafiə Komitəsi (CPJ) işlərinə görə repressiyalarda öldürülən və həbs olunan jurnalistlərin sayını sistematik olaraq izləyir. Bildirilir ki, jurnalistika vasitələrindən müstəqil araşdırma, fakt araşdırma missiyaları və xarici ölkələrdəki müxbirlər, o cümlədən dünya ölkələrində yerli işçi jurnalistlər şəbəkəsi izləməklə jurnalistlərə kömək etmək üçün istifadə olunur. CPJ, 119-dan çox sərbəst ifadə təşkilatının qlobal şəbəkəsi olan Beynəlxalq Söz Azadlığı Mübadiləsi vasitəsilə dünyanın digər mətbuat azadlığı təşkilatları ilə məlumatları bölüşür. CPJ, jurnalist qətlləri hallarında cəzasız qalmağı da izləyir. CPJ işçiləri hər bir iş üçün ciddi meyarlar tətbiq edirlər; tədqiqatçılar müstəqil olaraq hər bir ölüm və ya həbs cəzasının səbəblərini araşdırır və yoxlayırlar.
Söz azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var". 1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
Vicdan azadlığı
Vicdan azadlığı — vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
İfadə azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var". 1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
İradə azadlığı
İradə azadlığı (yun. τὸ αὐτεξούσιον və ya τὸ ἐφ᾽ ἡμῖν, lat. liberum arbitrium) — şəraitdən asılı olmayaraq insanın seçimetmə imkanının olması. İradə azadlığı problemi hələ çox qədim zamanlardan insanları düşündürmüş və zaman-zaman bu problem haqqında düşünüb daşınanlar məsələyə müxtəlif prizmalardan yanaşaraq çeşidli münasibətlər bildirmişlər. Bu problem düşüncə tarixində ən mühüm və mübahisəli məsələlərdən biri kimi tarixə düşmüşdür. İradə azadlığı problemin qoyuluşu insanların təbii maraqlarıyla yanaşı həm də onlarda etdikləri əməllərə, atdıqları addımlara görə məsuliyyət daşıyıb daşımaması kimi çox vacib sosial-psixoloji məsuliyyət məsələsilə sıx bağlı olmuşdur. Bu səbədən də iradə azadlığı problemi istər müxtəlif fəlsəfi-ideoloji cərəyanlar arasında, istərsə də dinlərdə qızğın mübahisə obyektinə çevrilmişdir. Birincilər öz görüşlərində müəyyən əqli mülahizələrdən çıxış edirdilərsə, ikincilər əsas etibarilə ilahi buyruqlara, dini mətnlərə söykənmişlər. Bununla belə, bir sıra diniideoloji cərəyanlar öz görüşlərində dini prinsiplərlə yanaşı əqlin mühakimələrinə də geniş yer vermişlər.
Panorama azadlığı
Panorama azadlığı — ictimai yerlərdə yerləşən müəllif hüquqları ilə qorunan obyektlərin (binalar, heykəllər və s.) şəkillərini çəkmək və sərbəst şəkildə yaymaq imkanı. Panorama azadlığı müxtəlif yurisdiksiyaların müəllif hüquqları qanunlarında daimi olaraq ictimai yerdə yerləşən binaların, bəzən heykəllərin və digər sənət əsərlərinin fotoşəkillərini və video görüntülərini çəkməyə və digər təsvirləri (məsələn rəsm əsəri) yaratmağa icazə verən müddəadır. Panorama azadlığı qanunları və ya presedent hüququ müəlliflik hüquqları sahibinin bu cür şəkillərin yaradıcılarına və paylayıcılarına qarşı müəllif hüquqlarının pozulmasına görə tədbir görmək hüququnu məhdudlaşdırır. Müəlliflik hüququ sahibinin törəmə əsərlərin yaradılmasına və yayılmasına icazə vermək müstəsna hüququna malik olması normal qaydadan istisnadır. Müxtəlif ölkələrin qanunları obyektlərin fotoşəkillərini çəkmək hüquqlarına görə fərqlənir. Xüsusilə, Fransada (o dərəcədə ki, bəzi müddəalarda işıqlandırmanın müəllif hüquqlarına görə ictimai mülkiyyətdə olan, müəlliflik hüququ bitmiş Eyfel qülləsinin gecə çəkilmiş fotoşəklini sərbəst şəkildə yaymaq qadağandır) bu qaydalar çox sərtdir. Almaniyada və küçədə və ya ictimai yerlərdə obyektlərin və insanların fotoşəkillərinin dərc edilməsinin qadağan edilmədiyi digər ölkələrdə bu qaydalar nisbətən yumşaqdır. Bəzi ölkələrdə (Böyük Britaniya, Almaniya, Çin Xalq Respublikası) panorama azadlığı qanunla təsbit olunub. Digərlərində isə (keçmiş SSRİ-nin bəzi dövlətləri, Fransa, Rumıniya) qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. ABŞ, Cənubi Koreya, Rusiya kimi ölkələrdə bu yalnız müəyyən kateqoriyalı obyektlərə, məsələn yalnız binalara aiddir.
İnformasiya azadlığı
Məlumat azadlığı və ya İnformasiya azadlığı — fərdin məlumatı dərc etmək və istehlak etmək azadlığı. Məlumat əldə etmək fərdin məlumatı səmərəli şəkildə axtarmaq, qəbul etmək və ötürmək qabiliyyətidir. Bura bəzən "elmi, yerli və ənənəvi biliklər; məlumat azadlığı, açıq internet və açıq standartlar daxil olmaqla, açıq bilik resurslarının yaradılması, məlumatların açıq əldə edilməsi və əlçatanlığı; rəqəmsal irsin qorunması; mədəni və dil müxtəlifliyinə hörmət, məsələn, əlçatan dillərdə yerli məzmuna çıxışı təşviq etmək, hamı üçün ömür boyu və elektron keyfiyyətli təhsil; əlillər tərəfindən bacarıq, təhsil, cins, yaş, irq, etnik mənsubiyyət və əlçatanlığa əsaslanan bərabərsizliklərin aradan qaldırılması da daxil olmaqla, yeni media və informasiya savadlılığının və bacarıqlarının yayılması və onlayn sosial inklüzivlik; mobil rabitə, internet və genişzolaqlı infrastruktur da daxil olmaqla əlaqə və əlverişli İKT-nin inkişafı" aiddir. İnformasiyanın açıq nəşri və formal informasiya azadlığı qanunları da daxil olmaqla, hökumət məlumatlarına ictimai çıxış geniş şəkildə hökumətdə demokratiyanın və dürüstlüyün mühüm əsas komponenti hesab olunur. Maykl Baklend məlumat əldə etmək üçün aradan qaldırılmalı olan altı növ maneəni müəyyən edib: mənbənin identifikasiyası, mənbənin mövcudluğu, istifadəçinin qiyməti, provayderin dəyəri, koqnitiv giriş və məqbulluq. "İnformasiya əldə etmək", "məlumat əldə etmək hüququ", "bilmək hüququ" və "məlumat azadlığı" bəzən sinonim kimi istifadə edilsə də, müxtəlif terminologiyalar məsələnin xüsusi (əlaqəli olsa da) ölçülərini vurğulayır. Məlumat azadlığı şifahi, yazılı, çap, elektron və ya bədii formalar vasitəsilə istənilən mühitə tətbiq edilə bilən ifadə azadlığı ilə bağlıdır. Bu o deməkdir ki, söz azadlığının hüquq kimi müdafiəsi təkcə məzmunu deyil, həm də ifadə vasitələrini əhatə edir. Məlumat azadlığı internet və informasiya texnologiyalarının məzmununda bəzən məxfilik hüququ ilə ziddiyyət təşkil edən ayrıca anlayışdır. İfadə azadlığı hüququ kimi, şəxsi toxunulmazlıq hüququ da qəbul edilən insan hüququdur və məlumat azadlığı bu hüququn genişləndirilməsi kimi çıxış edir.
Sərbəst toplaşmaq azadlığı
Sərbəst toplaşmaq azadlığı — insanların öz düşüncələrini ifadə etmək, təbliğ etmək, davam etdirmək və müdafiə etmək məqsədilə siyasi və ictimai fəallığını həyata keçirmək azadlığı. Əsasən birləşmək azadlığı ilə bir yerdə istifadə olunur.
Xalq Azadlığı Partiyası
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür. Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi. Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi. Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.
Özbəkistanda din azadlığı
Özbəkistanda Konstitusiya dini etiqad azadlığını və Dinlə Dövlətin Ayrılması prinsipini təmin edir. Lakin Hökumət bu hüquqları praktik olaraq məhdudlaşdırmağa davam edir. Hökumət təsdiq etdiyi müsəlman qrupları, Yəhudi qrupları, Rus Pravoslav Kilsəsi və Roma Katolikləri, Lüteranlar və Baptistlər kimi digər müxtəlif xristian təriqətləri daxil olmaqla əsas dini qrupların fəaliyyətinə icazə verir. Özbək cəmiyyəti, xristian kilsələrinə ümumi tolerantlıq göstərir və qanun, dini ədəbiyyatın yayılması, gətirilməsi və yayılması və xüsusi dini təliminin verilməsi kimi fəaliyyətləri qadağan edir və ya ciddi şəkildə məhdudlaşdırır. Bəzi xristian məzhəbləri da daxil olmaqla bir sıra azlıqların dini qrupları, qanunla müəyyən edilmiş ciddi qeyd tələblərini təmin etmədikləri üçün qeydiyyata alınmadan fəaliyyət göstərməyə davam etdilər. 2006-cı ildə çıxarılan yeni cinayət qanunlarına əsaslanaraq, hökumət iki keşişə qarşı cinayət təqibi qaldırdı. Biri əmək düşərgəsində 4 il həbs cəzasına məhkum edildi, digərinə şərti cəza verilib. Hüquq-mühafizə orqanları bəzi qeydiyyata alınmamış qruplara basqın etdi və təqib etdi, liderlərini və üzvlərini tutaraq cəzalandırdı. Hökumət, ekstremist fikirlərdə və ya fəaliyyətlərdə şübhəli bilinən icazəsiz İslam qruplarına qarşı kampaniyasını davam etdirərək, bu qrupların çox sayda iddiaçı üzvlərini həbs edərək uzun həbs cəzalarına məhkum etdi. Daha sonra qadağan edilmiş ekstremist İslam siyasi hərəkatı, qadağan olunmuş İslam qrupu Akromiya (Akromiylar) və ya dəqiqləşdirilməmiş "vəhabi" qruplarının Hizbut-Təhrir (HT) üzvlərindən şübhələnildi.
İqtisad və Sahibkarlıq Universiteti
İqtisad və Sahibkarlıq Universiteti — Qırğızıstan Respublikasıda olan ali təhsil müəssisəsi. İqtisad və Sahibkarlıq Universiteti 1 aprel 1993-ci il tarixli Qırğızıstan Prezidentinin №VII-100 qərarı ilə yaradılmışdır. Bu kararnameye görə universitetə ​​başlanğıcda Cəlal-Abad Ticarət İnstitutu adı verilmişdir. (2005-ci ildə İqtisad və Sahibkarlıq Universitetinə çevrilmişdir). 1993-ci ildə Cəlal-Abad Ticarət İnstitutu, Cəlal-Abad Oblast Dövlət İdarəsi, Qırğızıstan Təhsil Nazirliyi və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə əsasında Qırğız-Türk İşletme Fakültesi quruldu. 2008-ci ildən etibarən Türk Dünyası Qırğız-Türk İctimai Elmlər İnstitutu adını daşıyır. Bu institutun açılmasında Türk Dünyası Araşdırmaları Vəqfi başçısı Prof. Dr. Turan Yazqan'ın fəaliyyətləri böyükdür. Bu institutda Qırğızıstan vətəndaşları daxil Türkiyə, Rusiya, Qazaxıstan, Azərbaycan, Makedoniya, Gürcüstan, Suriya, Özbəkistan, Əfqanıstan vətəndaşları təhsil görməkdədirlər.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə mərkəz fəaliyyətini dayandırıb, lakin mərkəz tərəfindən açıqlama verilməyib. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir. 2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb. Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu. 2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir. 2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub. 2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu.
Azərbaycanda dini etiqad azadlığı
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var.
Ümumdünya Mətbuat Azadlığı Günü
Ümumdünya Mətbuat Azadlığı Günü 3 may 1993-cü ildən qeyd olunur. Bu gün bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.
İnformasiya Azadlığı haqqında Akt (ABŞ)
İnformasiya Azadlığı haqqında Akt (ing. Freedom of Information Act, abr. FOIA) — Amerika Birləşmiş Ştatlarında federal informasiya azadlığı qanunu. Qanun, tələb olunarsa, ABŞ hökuməti tərəfindən nəzarət edilən, əvvəllər ictimai olaraq dərc edilməmiş informasiya və sənədlərin tam və ya qismən açıqlanmasını tələb edir. Akt açıqlanacaq hökumət sənədlərini, məcburi açıqlama prosedurlarını və qanunun doqquz istisnasını təyin edir. Akt Amerika ictimaiyyətinin hökumətin fəaliyyətindəki problemləri daha asan müəyyənləşdirə bilməsi və onları həll etmələri üçün Konqresə, agentlik rəsmilərinə və prezidentə şikayət edə bilmələri, xüsusən də ABŞ dövlət orqanlarının funksiyalarını daha şəffaflaşdırmaq məqsədini daşıyır. İctimaiyyət xəbər təşkilatlarının FOIA-dan xəbər məqsədləri üçün istifadə etdiyini bilsə də, bu, müəssisələr, hüquq firmaları və şəxslər tərəfindən ən çox edilən tələblərin 10%-dən azını təşkil edir. ABŞ federal hökumətinin İnformasiya Azadlığı haqqında Aktına əlavə olaraq, ABŞ ştatlarının informasiya azadlığı haqqında fərqli qanunları var. US Gov't Sets Record for Failures to Find Files When Asked, Associated Press, March 18, 2016 – New York Times vasitəsilə Hickman, Kristen E.; Pierce, Richard J., Jr. Federal Administrative Law: Cases and Materials (2nd).
Ukraynanın Azadlığı Uğrunda İttifaq işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).
Ukraynanın Azadlığı Uğrunda İttifaqın işi

Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti — Rusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir. Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır. Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam. İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər. İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb.
Bakıda xalq azadlığı bayramı (film, 1917)
Bakıda xalq azadlığı bayramı qısametrajlı sənədli filmi 1917-ci ildə çəkilmişdir. Kinosüjet əsasən 1917-ci il Fevral İnqilabının Bakıdakı əks-sədasına həsr olunmuşdur. == Məzmun == Kinosüjet əsasən 1917-ci il Fevral İnqilabının Bakıdakı əks-sədasına həsr olunmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.
Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.